Bank Of Baku

Azərbaycanda ilk dəfə kibermüharibə yarışı keçiriləcək

Azərbaycanda ilk dəfə kibermüharibə yarışı keçiriləcək
# 24 oktyabr 2023 12:33 (UTC +04:00)

Azərbaycanda kiberhücumların simulyasiyası ilə ilk kiber müharibə yarışı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov "Critical Infrastructure Defence Challenge 2023" (CIDC-2023) ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 26-27 oktyabrda keçiriləcək tədbir çərçivəsində kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə edilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçiriləcək.

“İştirak edəcək 20 komanda kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olmalıdırlar. Təşkilatçılar tərəfindən informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələr, eləcə də ödənişsiz ixtisasartırma təlimləri təşkil olunacaq. Təlimçilər sıralarında həm yerli həm xarici mütəxəssislər mövcuddur. Tədbir iştirakçıları 2 gün ərzində sözügedən təlimləri dinləmək, kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək imkanı əldə edəcəklər. Təlimdən keçən hər kəsə sertifikat veriləcək”, - deyə Tural Məmmədov vurğulayıb.

İdarə rəisi onu da qeyd edib ki, Azərbaycada ilk dəfə keçirilən CIDC-2023 tədbiri çərçivəsində kibertəhlükəsizlik həlləri sərgisi də təşkil olunacaq: “Sərgidə Azərbaycanda ilk kiberməktəbin “Hack the future” proqramı üzrə müxtəlif bilik səviyyələrinə və yaş kateqoriyalarına uyğun kibertəhlükəsizlik üzrə 6 ödənişsiz masterklas təşkil olunacaq. CIDC-2023 tədbirində 2 gün ərzində yerli və xarici mütəxəssislər tərəfindən 10 təqdimat nümayiş olunacaq. Kiberkonfrans çərçivəsində 2 gün ərzində 5 panel müzakirəsi keçiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR