Azərbaycanda su ehtiyatlarından istifadə sahəsində çatışmazlıqlar var.
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov deyib.
Sədr müavini bildirib ki, meliorasiya sahəsində yeni texnologiyalar tətbiq edilməlidir: “Hazırda Azərbaycanda tətbiq edilən sistem sovet dövründən qalıb. Bu sahədə işlər gedir, Prezidentin bununla bağlı sərəncamı var, Şahin Mustafayevin rəhbərliyi ilə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı komissiyası yaradılıb”.