Bank Of Baku

Azərbaycan paytaxtında ticarət dövriyyəsi 3,5% artıb

Azərbaycan paytaxtında ticarət dövriyyəsi 3,5% artıb
# 03 aprel 2019 12:43 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,3% artaraq 2 984,6 mln. manat təşkil edib.

ONA-nın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 1 371,7 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4% artaraq 1 612,9 mln. manata bərabər olub.

Hesabat ayında istehlak məhsullarının 28%-i hüquqi şəxs statuslu müəssisələrdə, 57,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,6%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR