Bank Of Baku

Azərbaycanın QDİƏT-in icazə sənədi sisteminə qoşulması gözlənilir

Azərbaycanın QDİƏT-in icazə sənədi sisteminə qoşulması gözlənilir
# 27 oktyabr 2023 17:00 (UTC +04:00)

Azərbaycanın Qara dəniz bölgəsində nəqliyyat hərəkətinin sadələşməsi məqsədilə tətbiq olunan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) icazə sənədi sisteminə qoşulması gözlənilir.

"APA-Economics" xəbər verir ki, bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş prezidenti Lazar Komanesku Bakıda keçirilən QDİƏT-in URTA Baş Assambleyasının 42-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu təşəbbüsə artıq 9 ölkə qoşulub.

"Biz bu sayın artırılması üzərində çalışırıq və ümid edirik ki, Azərbaycan Respublikasında da bu icazələr sistemi tətbiq olunacaq", - Lazar Comanescu qeyd edib.

O, əlavə edib, bu sistemin tətbiqi sərhədlərdə gözləmə vaxtının azaldılmasına, sürücülərin iş şəraitinin yaxşılaşdırılmasına imkan yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR