Azərbaycanın təşəbbüsü ilə kibertəhlükəsizliyə dair yeni konvensiya hazırlanır

Azərbaycanın təşəbbüsü ilə kibertəhlükəsizliyə dair yeni konvensiya hazırlanır
# 04 mart 2019 13:50 (UTC +04:00)

Azərbaycan və BMT-nin İnkişaf Proqramının (UNDP) təşəbbüsü ilə kibertəhlükəsizliyə dair konvensiyasının hazırlanması üzrə aparılan işlərin yekun statusu yaxın günlərdə keçiriləcək VI “Regional İnternet İdarəçilik Forumu”nda açıqlanacaq.

Bu barədə ONA-ya UNDP-nin Bakı ofisinin layihə meneceri Vasif Məmmədov deyib.

VI Regional İnternet İdarəçilik Forumu 11-15 mart 2019-cu tarixində Bakıda keçiriləcək "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində təşkil olunacaq.

V.Məmmədovun sözlərinə görə, forumda əsas mövzu məhz kibertəhlükəsizlik olacaq: “Sırf bu mövzu ilə bağlı 4 sessiya nəzərdə tutulub. Biz çalışmışıq ki, tədbir çərçivəsində xarici və yerli ekspertlər ölkədə və regionda olan kibertəhlükəsizliklə bağlı mövcud vəziyyəti müzakirə etsinlər”.

Forum çərçivəsində kibertəhlükəsizliyə dair sərgi də təşkil olunacaq. UNDP-nin layihə menecerinin sözlərinə görə, hazırda 8 şirkət sərgidə iştirakını artıq təsdiqləyib və onlar kibertəhlükəsizliyə dair öz məhsullarını nümayiş etdirəcəklər: “Bizim nazirliklə birgə yüksək texnologiyalar strategiyasından tutmuş, süni intellekt, robototexnika, “bulud” texnologiyası və digər mövzularda bağlı layihə komponentlərimiz var ki, onların üzərində hal hazırda işlər aparılır. Biz maksimum dərəcədə çalışırıq ki, beynəlxalq ekspertləri cəlb edək, onlar da bizimlə öz təcrübələrini bölüşsünlər. Onların və yerli mütəxəssislərin təcrübəsi bir növ sintez yaradacaq ki, bunun da nəticəsi olaraq yekun sənəd ortaya çıxacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR