26 yanvar 2024 tarixi səhər saatlarında Azercell şəbəkəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aparılan əməliyyat işləri zamanı bəzi qlobal (Facebook/Instagram/WhatsApp ) sosial şəbəkə platformalarından və ümumilikdə internet saytlarından istifadədə çətinlik yaranması mümkün idi.
"APA-Economics" xəbər verir ki, bu barədə "Azercell" məlumat yayıb.
Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra bu xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi təmin edilib.