“AzerGold” QSC-nin xəsarətsiz iş saatı 4 mln. saatdan çox olub

“AzerGold” QSC-nin xəsarətsiz iş saatı 4 mln. saatdan çox olub
# 30 noyabr 2023 11:44 (UTC +04:00)

7 ildir ki fəaliyyət göstərən “AzerGold” QSC-nin xəsarətsiz iş saatı 4 milyon saatdan çoxdur.

APA-Economics” xəbər verir ki, bunu “AzerGold” QSC-nin idarə heyətinin üzvü-sədr müavini Oqtay Məmmədov ölkəmizdə ilk dəfə keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində “0-a doğru” panel çıxışı zamanı deyib.

O bildirib ki, sənayedə təhlükəsizlik meyarları “AzerGold” QSC üçün xüsusi önəm daşıyır.
“Dağ-mədən sənayesində 5 əsas istiqamət var. Ən prioritet məsələ dayanıqlı həllərdir. Biz gündəlik olaraq topoqrafik ölçmələr aparırıq. Bu gün müasir texnologiyalar, dronlarla çox qısa müddətdə və daha az vəsait xərcləməklə, daha az avtomobildən və yanacaqdan istifadə etməklə, ətraf mühitə daha az mənfi təsirlə daha dəqiq nəticələr əldə edirik. Bu bizim üçün dayanıqlı həlldir”.

“İkinci məqam isə yaşıl enerjiyə keçiddir. Bu istiqamətdə fəaliyyətə başlamışıq. Daha uzunmüddətli fəaliyyətlər - Günəş panelləri, o cümlədən də gələcəkdə dəmir metallurgiyasından yaşıl hidrogen mənbələrinin istifadəsi üçün işlər aparılır. Artıq bu istiqamətdə müəyyən şirkətlərlə danışıq aparılır”, - deyə o vurğulayıb.

O. Məmmədov qeyd edib ki, digər əsas prioritet enerji səmərəliliyinə keçiddir: “Enerji bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Buna görə də enerji effektivliyi olan avadanlıqlara üstünlük verməliyik. Bununla həm də ətraf mühiti karbon emissiyasından azad edə bilərik”.

“Dağ-mədən sənayesi üçün digər əsas məsələ isə suların düzgün idarə olunmasıdır. Mədənçilikdə həddindən artıq suvarma suyundan istifadə olunur. Bizdə su sistemi qapalı dövriyyədə çalışır. Yəni biz istifadə etdiyimiz çirkli suyu atmırıq. Bununla da su sərfiyyatını minimum etməyə çalışırıq. Beşinci istiqamət ekoloji həllərdir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR