"Azərişıq": Elektrik enerjisinin itkiləri azalıb

"Azərişıq": Elektrik enerjisinin itkiləri azalıb
# 21 fevral 2024 13:24 (UTC +04:00)

Ötən ilin nəticələrinə görə "Azərişıq" QSC elektrik enerji üzrə elektrik enerjisinin itkiləri səviyyəsi 8,6% təşkil edib.

"APA-Economics" xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə 2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu göstəricinin azaldılması üçün müvafiq işlər, layihələr həyata keçirilir, yeni texnologiyalar tətbiq olunur. Növbəti illərdə itkilərin daha da azaldılması istiqamətində işlər davam etdiriləcək", - Araz Məmmədov qeyd edib.

Onun sözlərinə görə, 2022-ici ildə elektrik enerjisi itkiləri 8,7%, "Azərişıq" yarananda (2015-ci il) isə bu göstərici 10,2% səviyyəsində olub.

Belə ki, 2015-2023-cü illər ərzində qeyd olunan göstərici 1,6 faiz bəndi azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR