"Azərişıq" sosial şəbəkə üzərindən abonentlərin suallarını cavablandıracaq

"Azərişıq" sosial şəbəkə üzərindən abonentlərin suallarını cavablandıracaq
# 21 fevral 2024 13:00 (UTC +04:00)

“Azərişıq” ASC abonentlərin 199 çağrı mərkəzinə zənglərində gözləmə müddətini azaltmaq üçün yeniliklər tətbiq edəcək.

"APA-Economics" xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə 2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə, abonent məmnuniyyətini daha da yaxşılaşdırmaq üçün "Azərişıq" sosial şəbəkələr üzərindən abonentlərin suallarının cavablandırılmasına başlayacaq.

Araz Məmmədzadə qeyd edib ki, bundan sonra abonentlər artıq müxtəlif sosial şəbəkələr üzərindən verdikləri sualların cavablarını qısa müddət ərzində ala biləcəklər.

“Azərişıq” nümayəndəsi onu da əlavə edib ki, abonentlərin 199 saylı çağrı mərkəzinə sabit və mobil nömrələrdən edilən zənglər ödənişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR