"Azərkosmos" olaraq bu günə qədər əldə etdiyimiz nailiyyətlərdə beynəlxalq əməkdaşlığın rolu danılmazdır.
"APA-Economics" xəbər verir ki, bunu "Azərkosmos"un strategiya və biznesin inkişafı departamentinin direktoru Natəvan Həsənova bildirib.
"Bu gün biz 40-dan çox ölkədə mövcud olan 200-dən çox şirkətlə əməkdaşlıq edirik. Onlara peyk operatoru olaraq data, video xidmətlər veririk, kosmik agentlik olaraq isə birlikdə ekosistemin inkişafı üçün əməkdaşlıqları nəzərdən keçiririk", - deyə Natəvan Həsənova vurğulayıb.