“Azərpoçt” ABŞ-dən onlayn çatdırılma xidmətinə başlayıb

“Azərpoçt” ABŞ-dən onlayn çatdırılma xidmətinə başlayıb
# 22 fevral 2024 10:59 (UTC +04:00)

Artıq bir ildən çoxdur ki, fəaliyyət göstərən “Azərpoçt”un PostCargo xidməti Amerikadan onlayn sifarişlərin çatdırılmasına başlayıb.

Bu barədə “APA-Economics”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, indi müştərilər ABŞ-də fəaliyyət göstərən ən məşhur onlayn alış-veriş platformalarından istədikləri əşyaların alışını edə və ölkəyə PostCargo vasitəsilə çatdırılmasına nail ola bilərlər.

ABŞ – Azərbaycan üzrə daşımaların tarifi minimal həddə müəyyən olunub ki, bu da digərləri ilə müqayisədə olduqca sərfəli hesab olunur.

Qeyd edək ki, ABŞ-dən Azərbaycana PostCargo vasitəsilə malların qısa müddətdə gətirilməsi üçün operativ şəkildə uçuşlar təmin olunur.

PostCargo xidmətindən faydalanmaq üçün istifadəçilər www.postcargo.az saytında qeydiyyatdan keçə, eləcə də PostCargoya aid mobil tətbiqi “App Store” və “Play Market”dən yükləyə bilərlər.

Onu da qeyd edək ki, bu günə qədər Türkiyədən onlayn sifarişlərin çatdırılmasını həyata keçirən PostCargo xidmətinin fəaliyyəti keyfiyyət və istifadəçi məmnuniyyəti baxımından uğurlu olub. Müştərilərini müxtəlif kampaniya və yeniliklərlə sevindirən PostCargo yaxın zamanda Avropadan da onlayn sifarişlərin daşınmasını icra edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR