Ötən il Azərbaycana poçtamatlar gətirilib. Hər kəs xaricdən gələn bağlaması haqqında sms ilə məlumat alıb 24 saat ərzində poçtamatdan məhsulunu götürə bilər.
“APA-Economics” xəbər verir ki, bunu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamanı deyib.
O bildirib ki, qısa müddətdə bu poçtamatlar hipermarketlərdə də olacaq.