Bank Of Baku

"Azərpoçt" müştərilərinə kiberdələduzluqla bağlı xəbərdarlıq edib

"Azərpoçt" müştərilərinə kiberdələduzluqla bağlı xəbərdarlıq edib
# 25 dekabr 2023 17:43 (UTC +04:00)

Kiberdələduzlar növbəti dələduzluq növünə əl atıb.

APA-Economics”in “Azərpoçt” MMC-ə istinadən xəbərinə görə, bu dəfə vətəndaşlara göndərilən mesajlarda bağlamanın əldə olunması üçün 1 AZN ödəniş tələb olunub və saxta link əlavə edilib: “Mesajın inandırıcı olması üçün isə sonluğa “Azərpoçt” MMC BÜTÜN HÜQUQLAR QORUNUR yazısı əlavə edilib. “Azərpoçt” olaraq bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, qurum heç bir halda vətəndaşlardan onlayn ödəmə tələb etmir və mesajlarında link göndərmir”.

“Vətəndaşlardan “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, dərhal “Azərpoçt”un 169 Çağı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik”, - deyə məlumatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR