2024-cü ilin dövlət büdcəsindən "Azersky-2"peykinin orbitə çıxarılmasına vəsait ayrılıb.
"APA-Economics" xəbər verir ki, bu barədə barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib.
Məlumata görə, peykin orbitə çıxarılması ilə bağlı maliyyə təminatı üçün büdcədən 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub.