Bank Of Baku

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib
# 24 noyabr 2023 12:26 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını nəzərə alaraq həftəsonuna Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

ADY-dan “APA-Economics”ə verilən məlumata görə, noyabrın 25-də saat 07:50-də Bakıdan yola düşən qatar saat 12:51-də Ağstafaya çatacaq.

Məlumata görə, noyabrın 26-da saat 16:30-da Ağstafadan yola düşən qatar saat 21:35-də Bakıya çatacaq.

Həftəsonuna olan digər reyslərlə ady.az saytında və “ADY Mobile” tətbiqində tanış ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR