Bank Of Baku

Bakı-Ankara marşrutunda sərnişin daşıyacaq qatar Qarsa çatıb

Bakı-Ankara marşrutunda sərnişin daşıyacaq qatar Qarsa çatıb
# 24 mart 2019 12:45 (UTC +04:00)

İsveçrədə Azərbaycanın sifarişi ilə istehsal edilən xüsusi sərnişin qatarı Türkiyənin Qars şəhərinə çatıb.

ONA-nın Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, qatar Qarsdan sonra Tbilisiyə, daha sonra isə Bakıya hərəkət edəcək.

Bu qatar Bakı-Ankara marşrutu ilə sərnişin daşıyacaq. Sərnişin qatarı Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu xətlərinin genişliyinin fərqli olması nəzərə alınaraq istehsal edilib və sərhəddə dayanmadan hərəkət edəcək.

Qeyd edək ki, İstanbulda  boğazdan keçən Marmaray sualtı keçid tuneli istifadəyə verildiyi üçün Pekindən Londona qədər fasiləsiz dəmir yolu əlaqəsinin təmin edilməsi mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR