Bank Of Baku

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının infrastrukturu təkmilləşdiriləcək

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının infrastrukturu təkmilləşdiriləcək
# 23 noyabr 2023 16:42 (UTC +04:00)

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və Hövsan Limanında dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarətinin, eləcə də tranzit yüklərin rəsmiləşdirilməsinin səmərəli qaydada aparılmasını təmin etmək məqsədilə infrastruktur təkmilləşdiriləcək.

APA-Economics” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planında qeyd edilib.

Fəaliyyət Planına əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yük terminalının konteyner üzrə yükaşırma qabiliyyəti artırılacaq.

Eyni zamanda, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal və ixrac gömrük rejimi prosedurları tətbiq ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR