Bank Of Baku

Bakı-Gəncə sürət qatarında gediş haqqı endirilib

Bakı-Gəncə sürət qatarında gediş haqqı endirilib
# 16 mart 2019 11:23 (UTC +04:00)

Bakı-Gəncə-Bakı istiqamətində sürət qatarının bizness yerlərinə gediş haqqı 50 manatdan 25 manata endirilib.

Bu barədə ONA-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan 20.03.2019-cu il tarixində, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.

Novruz bayramı münasibəti ilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq 17.03.2019-cu il tarixindən 31.03.2019-cu il tarixinədək qatarın bizness yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR