Bakı hava limanı bu il rekord sayda sərnişinə xidmət göstərib

Bakı hava limanı bu il rekord sayda sərnişinə xidmət göstərib
# 30 dekabr 2023 13:16 (UTC +04:00)

Bakı hava limanı tərəfindən bu il (30 dekabr 2023-cü il tarixinə olan məlumata görə) xidmət göstərilən sərnişinlərin sayı rekord həddə çataraq 5,7 milyon nəfərdən çox olub.

Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Bakı aeroportu “Skytrax World Airport Awards 2023” mükafatının “Mərkəzi Asiya/MDB-də ən yaxşı regional hava limanı” və ardıcıl ikinci dəfə “Mərkəzi Asiya və MDB məkanında ən yaxşı hava limanı işçisi” nominasiyaları üzrə qalibi olub.

Qeyd olunur ki, Bakı hava limanından 38 aviaşirkət vasitəsilə dünyanın 68 şəhərə səyahət etmək mümkündür.

Bildirilir ki, yaxın günlərdə uçuş öncəsi rəsmiləşdirmə prosesini asanlaşdıran və sürətləndirən, hava limanında növbələri azaldan və təhlükəsizliyi gücləndirən Səyahət Sənədlərinin Avtorizasiya Sistemi (TDAS) təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR