Əhali sıxlığı nəzərə alınaraq Bakı metrosunun prioritetləri dəyişdirilir. Yaxın zamanlarda yeni layihələrə start veriləcək.
"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Bakı Metropoliteni” QSC-nin 10 illiyinə həsr olunmuş “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” adlanan konfransda bildirib.
Nazir müavini əlavə edib ki, "Bakı Metropoliteni" QSC-nin konseptual inkişaf planı rəqəmsal əkiz platforması çərçivəsində baxılıb. Yeni layihələn dirmə minimum ssenari ilə reallaşdırılacaq. S.Məmmədov bildirib ki, paytaxt mobilliyini artırmağa nə qədər çalışsaq Bakı metrosu olmadan bunu həyata keçirmək mümkün deyil.
Bundan başqa "COP 29" beynəlxalq tədbiri ilə bağlı "Bakı Metropolitenin" QSC-nin mobilliyini artırmaq üçün işlər görülür.