Bank Of Baku

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 1720,9 mln. kub/metr qaz ötürülüb

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 1720,9 mln. kub/metr qaz ötürülüb
# 16 mart 2019 15:23 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında magistral qaz kəmərləri ilə 5270,1 mln. kub-metr qaz nəql edilib.

ONA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,9% artım müşahidə olunub.

Qaz nəqlinin 32,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 1720,9 mln. kub/metr qaz ötürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR