Bank Of Baku

Bakıda gələn ildən elektrik avtobusları fəaliyyət göstərəcək

Bakıda gələn ildən elektrik avtobusları fəaliyyət göstərəcək
# 18 dekabr 2023 11:44 (UTC +04:00)

Növbəti ildə Bakıda avtobusların elektrik avtobusları hesabına yenilənməsi layihəsinin icrası nəzərdə tutulub.

APA-Economics”in xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

“Bildiyiniz kimi, növbəti il Azərbaycan “COP-29”a ev sahibliyi edəcək. Növbəti ildən biz yeni elektrik avtobuslarını Bakı küçələrində daha sıx görəcəyik”, - Rəhman Hümmətov qeyd edib.

Bundan başqa, mövcud marşrut xətlərində avtobusların problemindən danışan R.Hümmətov əlavə edib ki, hazırda Bakıda 400-ə yaxın avtobus müasir tələblərə cavab vermir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR