Bank Of Baku

Yanvarda Bakıda orta aylıq əmək haqqı 799 manat təşkil edib

Yanvarda Bakıda orta aylıq əmək haqqı 799 manat təşkil edib
# 03 aprel 2019 13:13 (UTC +04:00)

Bu ilin yanvar ayında Bakıda işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi əvvəlki ilə nisbətən 4,6% artaraq 799 manat olub.

Bakı Şəhər Statistika İdarəsindən ONA-ya verilən məlumata görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR