Bank Of Baku

Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq

Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq
# 04 noyabr 2023 13:19 (UTC +04:00)

Bayram günlərində Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını nəzərə alaraq 7-12 noyabr tarixlərinə əlavə reyslər təyin edib.

QSC-dan “APA-Economics”ə verilən məlumata görə, 7-11 noyabrda Bakıdan 23:55-də yola düşən qatar Ağstafaya 06:23-də çatacaq.

Məlumata görə, 8-12 noyabrda Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya 15:29-da çatacaq.

Biletləri ady.az-dan və kassalardan əldə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR