Bank Of Baku

Bakıdan Sumqayıta ekspres marşrut xətti açılıb - Tarif müəyyənləşib

Bakıdan Sumqayıta ekspres marşrut xətti açılıb - Tarif müəyyənləşib
# 19 yanvar 2024 15:26 (UTC +04:00)

Yanvarın 21-dən Bakı - Sumqayıt istiqamətində yeni marşrut xətti fəaliyyətə başlayacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə “Baku Bus” MMC-nin "Instagram" səhifəsində məlumat yayılıb. Məlumatda qeyd olunub ki, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq.

Marşrut xəttinin dayanacaqları: Bakı Beynəlxalq Avtovağzal Kompleksi, “Avtovağzal” m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt avtovağzalı olacaq. Gün ərzində interval 11 dəqiqə, pik saatlarda isə 7-8 dəqiqə olacaq. Səhər Sumqayıtdan ilk çıxış 5:50, Bakıdan 6:30, axşam Bakıdan son çıxış 23:00, Sumqayıtdan son çıxış 22:20-də olacaq. Gediş haqqi 80 qəpik təşkil edəcək.

Qeyd edək ki, hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR