Bank Of Baku

Bakının 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsinə dair tədbir keçirilir

Bakının 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsinə dair tədbir keçirilir
# 22 dekabr 2023 10:44 (UTC +04:00)

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının 2026-ci ildə Bakıda keçirilməsi üçün ev sahibi olan ölkəyə dair Sazişin imzalanması mərasimi başlayıb.

"APA-Economics" xəbər verir ki, tədbirdə Prezidentin köməkçisi Hikmət Hacıyev, Dövlət Şəhərsalma Arxitektura komitəsinin sədri Anar Quliyev, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maymuna Mohd Şərif, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və digər şəxslər iştirak edir.

Qeyd edək ki, bu gün Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Saziş imzalanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR