Bank Of Baku

Baş nazir: "Ötən il Azərbaycan iki təyyarə alıb"

Baş nazir: "Ötən il Azərbaycan iki təyyarə alıb"
# 15 mart 2019 12:38 (UTC +04:00)

“Keçən il yol infrastrukturuna 1,7 milyard manat vəsait yönəldilib”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirib.

N.Məmmədov deyib ki, keçən il əsaslı təmir edilən, yeni çəkilən yollar 2000 kilometr olub: “Ləki-Qəbələ dəmir yolunun artıq 14 kilometri çəkilib. Keçən il iki təyyarə alınıb”.

Baş nazir qeyd edib ki, qum-çınqıl karxanaları 12,3 milyon manat cərimələnib: “Keçən il qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı ətraf mühitə dəyən ziyanla bağlı 97 fiziki və hüquqi şəxs cərimələnib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR