Bank Of Baku

Bəşir Hacıyev: Ağdam Sənaye Parkının yarısı rezidentlərə verilib

Bəşir Hacıyev: Ağdam Sənaye Parkının yarısı rezidentlərə verilib
# 19 oktyabr 2023 14:43 (UTC +04:00)

Ağdam şəhərində yerləşən 190 hektarlıq Sənaye Parkının tam yarısı rezidentlərə verilib.

"APA-Economics" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu" panelində bildirib.

“Bir neçə rezidentin fəaliyyətə başlaması üçün qısa zaman qalıb. Ağdam Sənaye Parkında əsas üstünlük təmir-tikinti materiallarının istehsalına verilir. Burada fəaliyyət göstərəcək rezidentlər müxtəlif imtiyazlardan yararlana biləcəklər və ərazidə çalışan inşaat şirkətləri üçün də əlverişli mühit yaranmış olacaq”, - deyə B.Hacıyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR