Bank Of Baku

BFB-də AMB-nin 300 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 300 mln. manatlıq notları yerləşdirilib
# 27 mart 2019 17:43 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101373S dövlət qeydiyyat nömrəli, 300 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

ONA-nın BFB-yə istinadən verdiyi məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiyməti 99,3065 AZN (8,98%) ilə 99,4581 AZN (7,01%) arasında olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 359,436 mln AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,3065 AZN (8,98%), orta ölçülmüş qiyməti 99,3220 AZN (8.78%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 300 mln. AZN təşkil edib. Notların ödəmə tarixi 24.04.2019.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR