Bank Of Baku

Biləcəridə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Biləcəridə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
# 16 mart 2019 14:40 (UTC +04:00)

Təmir-tikinti işləri ilə əlaqədar olaraq martın 16-dan 17-nə keçən gecədən etibarən 18-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən ONA-ya verilən məlumata görə, nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Dövlət Agentliyi vətəndaşlardan aparılan işlərə anlayışla yanaşmağı xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR