Binalarda su anbarlarının yuyulmasına məsul qurumlar açıqlanıb

Binalarda su anbarlarının yuyulmasına məsul qurumlar açıqlanıb
# 28 fevral 2024 13:03 (UTC +04:00)

Binalara verilən su həmin MTK-nın anbarına verilir.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinin müdiri Eldar Abdullayev deyib.

O bildirib ki, anbar MTK-nın tabeliyindədir: “Həmin MTK sədrləri anbarların yuyulmasını təmin etmirlər. Standarta görə isə həmin anbarlar ildə 1 dəfə yuyulmalıdır. Amma bu, təmin edilmir. MTK-larda monitorinq aparılmasına çətinlik törədilir, ancaq şikayət olanda bizim qurum MTK-larda monitorinq həyata keçirir”.

Eldar Abdullayev təhsil müəssisələrinin anbarlarının yuyulması ilə bağlı problemə də toxunub: “Bunu Elm və Təhsil Nazirliyi təmin etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR