Bank Of Baku

BMT-nin Məskunlaşma Proqramı azad edilmiş 2 kəndi layihələndirəcək

BMT-nin Məskunlaşma Proqramı azad edilmiş 2 kəndi layihələndirəcək
# 22 dekabr 2023 12:51 (UTC +04:00)

UN-Habitat (BMT-nin Məskunlaşma Proqramı) işğaldan azad edilmiş ərazilərdə olan kəndlərdən ikisinin lahiyələndirilməsində mütəxəssislər ayıraraq iştirak edəcək.

"APA-Economics" xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Onun sözlərinə görə, UN-Habitat tərəfindən layihələndiriləcək kəndlərin biri dağlıq, digəri isə düzənlik ərazidə olacaq.

Anar Quliyev əlavə edib ki, UN-Habitat-ın təşəbbüsü ilə insan yönümlü ağıllı şəhərlər üzrə beynəlxalq təlimat hazırlanmasına başlanılıb və bunun üçün geniş tərkibli ekspertlər qrupu formalaşıb ki, burda Azərbaycan 2 ekspertlə təmsil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR