BMT-nin Məskunlaşma Proqramı hazırda işğaldan azad olunan Qarabağda 2 kəndlə bağlı layihə verib. Bu layihəyə əsasən iki ağıllı və planlı kənd infrastrukturu qurulacaq.
“APA-Economics” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) icraçı direktoru Maimunah Mohd Şərif ADA Universitetində “Davamlı və dayanıqlı şəhərlərin qurulması istiqamətində mövcud çətinliklər” mövzusunda çıxışı zamanı deyib.
O bildirib ki, artıq layihə hökumətə təqdim olunub və bu istiqamətdə danışıqlar aparılır: “Hökumət tərəfindən layihə təsdiqləndikdən sonra tikinti işlərinin icrasına başlanılacaq”.