Britaniyanın dövlət naziri: Ölkəmiz Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir

Britaniyanın dövlət naziri: Ölkəmiz Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir
# 07 dekabr 2023 11:31 (UTC +04:00)

Böyük Britaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 55,1 faiz artaraq 1 milyard ABŞ dolları təşkil edib.

APA-Economics”in xəbərinə görə, bunu Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord deyib.

O bildirib ki, 2023-cü ilin ilk 10 ayında bu göstərici 734 milyon ABŞ dollarına çatıb: “Böyük Britaniyadan idxal olunan əsas mallar arasında avadanlıq, nəqliyyat vasitələri, qara metallar, əczaçılıq və kimya məhsulları var. Azərbaycanın Böyük Britaniyaya ixracı isə əsasən xam neft, gübrələr və müxtəlif avadanlıqlardan ibarətdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR