Rəqəmsal iqtisadiyyat strategiyası hazırlanıb. Strategiyanın 2024-cü ildə təsdiqi və icrası gözlənilir.
“APA-Economics” xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Fariz Cəfərov 2023-cü il üzrə fəaliyyətə dair çıxışında deyib.
F.Cəfərov bildirib ki, bu strategiya Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasındakı “Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi” tədbiri çərçivəsində hazırlanıb. 2030-cu ilə qədər dövrü əhatə edən strategiya çərçivəsində 60-dan çox layihə həyata keçiriləcək.