Bank Of Baku

Buğda idxalı, un istehsalı və satışı 2020-ci ildə vergidən azad olunacaq

 Buğda idxalı, un istehsalı və satışı 2020-ci ildə vergidən azad olunacaq
# 18 mart 2019 14:02 (UTC +04:00)

Buğda idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad ediləcək.

ONA-nın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Vergilər Məcəlləsinə əsasən, buğda idxalı və satışı, buğda ununun  və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azaddır. Dəyişikliyə əsasən, bu müddət daha 1 il artırılır. Başqa sözlə, gələn il də buğda idxalı və satışı, buğda ununun  və çörəyin istehsalı və satışı vergidən azad olacaq.

Qanun layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR