Cəfər Cabbarlı stansiyasının ikinci xətti bu il istifadəyə veriləcək

Cəfər Cabbarlı stansiyasının ikinci xətti bu il istifadəyə veriləcək
# 29 fevral 2024 15:44 (UTC +04:00)

Bakı metrosunun "Cəfər Cabbarlı" stansiyasında təmir işləri bu ilin birinci yarısında yekunlaşacaq.

"APA-Economics” xəbər verir ki, bunu Bakı Metropolitenində keçirilən “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” panel konfransında "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov deyib.

"Stansiyada artıq üzlük işlərinə başlamışıq. Stansiya divarlarında, orta zalda müvafiq işlər gedir. Cəfər Cabbarlı stansiyasının ikinci xətti bu il istifadəyə veriləcək", - deyə H. Məmmədov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR