“Chat GPT+” istifadəçiləri kodlaşdırma və proqramlaşdırma biliyinə ehtiyac olmadan öz çat botlarını yarada biləcəklər.
“APA-Economics”in xarici mediaya istinadən xəbərinə görə, bu barədə “OpenAI”nin ilk dəfə keçirilən texnologiya konfransında məlumat verilib.
Qeyd olunub ki, bu cür çat botların yaradılmasında məqsəd həm onların istifadəsini əlçatan və daha asan etmək, həm də nəzarət və funksiyaların idarəsini insanların öz əlinə verməkdir. İstifadəçilər interfeysdə açılan istənilən çat botu seçə və orada müəyyən dəyişikliklər apara biləcək. Bundan başqa, hər kəs yaratdığı çat bota ad verə biləcək.
Bu funksiyadan istifadə yalnız “Chat GPT+” abonentlərinə aiddir.
Qeyd edək ki, “Chat GPT+”un aylıq abunə haqqı 20 dollardır.