Bank Of Baku

Dəmir yolunda proseslərin avtomatlaşdırılması bir sıra üstünlüklər vəd edir

Dəmir yolunda proseslərin avtomatlaşdırılması bir sıra üstünlüklər vəd edir
# 06 noyabr 2023 17:52 (UTC +04:00)

Azərbaycanda dəmir yollarında baş verən proseslərin avtomatlaşdırılması müştərilərə səmərəlilik, təhlükəsizlik və etibarlılıq daxil olmaqla bir sıra üstünlüklər vəd edir.

APA-Economics” xəbər verir ki, bunu müsahibəsində ADY-nin Baş rəqəmsallaşdırma inzibatçısı, rəqəmsal inkişaf departamentinin müdiri Andrey İskriç bildirib.

“Gəlin bir nümunə üzərindən proseslərin avtomatlaşdırılmasının üstünlüklərindən danışaq. Proseslərin avtomatlaşdırılması insan səhvini minimuma endirməklə və iş qrafikini optimallaşdırmaqla daha dəqiq və proqnozlaşdırıla bilən məlumatların emal olunmasına və müştəri məmnuniyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə töhfə verə bilər”, - Andrey İskriç qeyd edib.

Onun sözlərinə görə, bundan əlavə, avtomatlaşdırılmış proseslər potensial problemlərin vaxtında aşkarlanmasına və qabaqlayıcı tədbirlərin görülməsi ilə sərnişinlərə tam təhlükəsiz səyahəti reallaşdırmağa imkan yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR