Bank Of Baku

Dəmiryol nəqliyyatını idarə etmək hüququnun verilməsi üçün imtahan keçiriləcək

Dəmiryol nəqliyyatını idarə etmək hüququnun verilməsi üçün imtahan keçiriləcək
# 25 dekabr 2023 11:29 (UTC +04:00)

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanı keçiriləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncamında öz əksini tapıb.

Sərəncama əsasən, Nazirlər Kabineti altı ay müddətində imtahanın təşkili və keçirilməsi qaydasını təsdiq edib Prezidentə təqdim etməlidir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti isə dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanlarının təşkilini və keçirilməsini nəzərdə tutulan qaydaya uyğun olaraq təmin etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR