Bank Of Baku

Depoların yenilənməsi zamanı binaların dam örtüyünə 650-dən çox günəş paneli quraşdırılıb

Depoların yenilənməsi zamanı binaların dam örtüyünə 650-dən çox günəş paneli quraşdırılıb
# 02 fevral 2024 18:27 (UTC +04:00)

2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olmaqla ADY ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) sahələrini əhatə edən fəaliyyət proqramını daha da təkmilləşdirib. ESG tədbirləri çərçivəsində ADY sərnişindaşımada ətraf mühitə tullantıları azaltmaq üçün elektrik qatarlarından istifadə edir. Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları təşkil edilib.

APA-Economics” in ADY-nin 20 illik hesabtına istinadən xəbərinə görə, “Yaşıl enerji”ni təşviq etmək və karbon qazı tullantılarını azaltmaq məqsədilə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının yenilənməsi zamanı binaların enerji təminatı üçün dam örtüyündə 650-dən çox günəş paneli quraşdırılıb.

Həmçinin dəmir yollarının çəkilişi zamanı ətraf mühitə zərər vurulmaması üçün ADY tərəfindən bütün zəruri tədbirlər görülür. Hər bir yeni layihədə ESG prinsipləri ən effektiv şəkildə təhlil olunaraq tətbiq edilir. Belə ki, Horadiz – Ağbənd xəttinin 85-ci km-də, Mincivan stansiyasının yaxınlığında meşəlik ərazinin zərər görməməsi üçün ağacların yeri həssaslıqla dəyişdirilib. Hər bir layihəmizdə dəmir yolu zolağı boyunca ağacların əkilməsi diqqətdə saxlanılır. Bərdə – Ağdam layihəsinin artıq bir hissəsində şam ağacları və digər növ ağaclar əkilib. ADY həmçinin şirkətdaxili sənədləşmələrdə kağız istifadəsini azaltmaq üçün innovativ texnoloji həllərdən istifadə edir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurlar gələcək inkişaf üçün böyük perspektivlər açır. ADY-nin 2030-cu ilədək strateji məqsədləri, bu məqsədlərə nail olmaq üçün nəzərdə tutulan proqramları əhatə edən 2030-cü il Strategiya sənədi hazırlanıb. Strategiyanın ana xəttini təşkil edən əməliyyatların səmərəliliyi, kommersiya imkanlarının artırılması, rəqəmsallaşma və təhlükəsizlik kimi məsələlərin həlli istiqamətində ADY işini əzmlə davam etdirəcək” – deyə 20 illik hesabatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR