Bank Of Baku

DGK: Ötən il Azərbaycanda 1 tondan çox narkotik maddələr saxlanılıb

DGK: Ötən il Azərbaycanda 1 tondan çox narkotik maddələr saxlanılıb
# 15 mart 2019 11:22 (UTC +04:00)

“Bizim üçün ən çox təhlükə yaradan narkotik vasitələrin qaçaqmalçılığıdır. Cinayətlərin 35%-I məhz bu sahədə qeydə alınıb”. ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisinin birinci müvaini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı deyib.

O bildirib ki, 2018-ci ildə 9 672 hüquqpozma, 744 cinayət, 8 925 inzibati xəta və 264 narkotik qaçaqmalçılıq faktı qeydə alınıb.

Onun sözlərinə görə, Azərbaycanda narkotiklə bağlı qaçaqmalçılıq yayılıb. Bu mikroşərait əsasən Əfqanıstanla bağlıdır: Ötən il saxlanılmış narkotik maddələrin həcmi 1 ton 163 kq olub ki, bu da əvvəlki ilə nisbətən çoxdur”.

Xidmət rəisi onu da əlavə edib ki, hesabat dövründə, həmçinin, 7 milyondan çox pirotexniki vasitə aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR