Bank Of Baku

Dövlət Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə münasibətdə səlahiyyəti müəyyənləşib

Dövlət Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə münasibətdə səlahiyyəti müəyyənləşib
# 19 mart 2019 17:33 (UTC +04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Memarlıq və Şəhərsalma Baş İdarəsinin Əsasnaməsi təsdiq olunanadək İdarəyə münasibətdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini həyata keçirəcək.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərmanda əksini tapıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 1 avqust tarixli fərmanına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib. Fərmanda qeyd edilib ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR