Bank Of Baku

Emin Hüseynov: 2025-ci ilin ortalarından Ağdam şəhəri və onun ətraf kəndlərinə məskunlaşma həyata keçirə bilərik

Emin Hüseynov: 2025-ci ilin ortalarından Ağdam şəhəri və onun ətraf kəndlərinə məskunlaşma həyata keçirə bilərik
# 19 oktyabr 2023 12:26 (UTC +04:00)

Ağdam şəhərində görüləcək işlərin miqyası daha çoxdur. Bu gün orada genişmiqyaslı tikinti işləri gedir.

"APA-Economics" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

"Artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə işlərə başlanılıb. Daha 3 məhəllənin yaxın zamanda təməli qoyulacaq. Gələn ilin əvvəlində bütün bu tikinti işlərinə başlanılacaq.2025-ci ilin ortalarından başlayaraq Ağdam şəhərinə və onun ətraf kəndlərinə, Xıdırlı, Kəngərli, Sarıcalıya məskunlaşmanı həyata keçirə bilərik. Bunun ardınca digər kəndlər də gələcək, Arazxanbəyli, Salahlı, Kəngərli, Güllücə, bütün bu kəndlərin hamısı l Dövlət proqramında qoyulmuş vaxta uyğun olaraq tikilib təhvil veriləcək", - deyə Emin Hüseynov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR