Ermənistanla dayanıqlı sülhə nail olunması Azərbaycana daha böyük layihələrin gəlməsinə imkan yaradacaq
“APA-Economics”in xəbərinə görə, bunu Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord deyib.
O bildirib ki, bütün bunlar Britaniya-Azərbaycan münasibətlərinin inkişafına səbəb olacaq.
“Biz Azərbaycanla ticarət münasibətlərinin daha sürətli inkişafının tərəfdarıyıq. Düşünürük ki, Azərbaycanla təmiz enerji sahəsində də birgə işləyə bilərik. Biz bir çox sahələrdə Azərbaycana əməkdaşlıq təklif edə bilərik”, - deyə o vurğulayıb.