Bank Of Baku

Gürcüstan Azərbaycana alma ixrac edir

Gürcüstan Azərbaycana alma ixrac edir
# 15 mart 2019 02:50 (UTC +04:00)

Gürcüstandan 2019-cu ilin ilk ayı ərzində 847 ton alma ixrac olunub. 

ONA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu, Gürcüstanın müstəqilliyi dövründə alma ixracında rekord göstəricidir.

2018-ci ilin yanvar ayında ümumilikdə 6 ton alma ixrac olunmuşdu. Bu isə o deməkdir ki, cari ilin analoji dövründə ixrac 140 dəfə artıb.

Məlumata əsasən, ixrac olunan almanın 92%-i Rusiya bazarına çıxarılıb.

Bundan başqa, Gürcüstan almasının idxal olunduğu ölkələr arasında Azərbaycan, Ermənistan, Ukrayna və Qazaxıstan var. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR