Gürcüstan Orta Dəhliz üzərindəki çətinliklərin aradan qaldırılması məqsədilə Azərbaycanla yaxından əməkdaşlıq edir.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.
“Orta Dəhliz ənənəvi nəqliyyat dəhlizlərinə stabil və təhlükəsiz alternativ kimi ortaya çıxır. O, artıq ən qısa və ən etibarlı Şərq-Qərb nəqliyyat dəhlizlərindən birinə çevrilib. Hazırda biz azərbaycanlı və qazaxıstanlı həmkarlarımızla birlikdə infrastrukturu və imkanları inkişaf etdirərək, prosedurları sadələşdirərək və vahid tarif tətbiq edərək çətinliklərin aradan qaldırılması üçün yaxından işləyirik”, - Qaribaşvili qeyd edib.