Azərbaycan iqlim fəaliyyətinə sadiqliyini nümayiş etdirir.
“APA-Economics” xəbər verir ki, bunu IATA Aviasiya Enerji Forumunda çıxışı zamanı təşkilatın xalis sıfıra keçid üzrə direktoru Hemant Mistry deyib.
O bildirib ki, Azərbaycan COP-29-un ev sahibi kimi, həm də mühüm neft-qaz istehsalçısı olaraq, iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəsini verməyə davam edir.
“Ölkə, beynəlxalq standartlara uyğun siyasət və tənzimləmələr tətbiq etməklə, xüsusilə aviasiya yanacağı sahəsində davamlı yanacaq (SAF) istifadəsinə keçidə önəm verir”- Hemant Mistry əlavə edib.