“Aviasiya yanacağının qiymətləri Kuala Lumpurda altı ay əvvəlki proqnozumuzdan bəri azalmaqda davam edir”.
“APA-Economics” xəbər verir ki, bunu IATA Aviasiya Enerji Forumunda çıxışı zamanı təşkilatın xalis sıfıra keçid üzrə direktoru Hemant Mistry deyib.
O bildirib ki, hazırda orta qiymət təxminən 80 dollar/bareldir ki, bu da əvvəlki dövrlə müqayisədə 10 dollar ucuzdur. Neft bazarı hazırda artan təklif və zəifləyən tələbat səbəbilə zəifdir.
IATA direktoru qeyd edib ki, aviasiya yanacağının ucuzlaşması aviaşirkətlər üçün maliyyə baxımından əlverişli olsa da, bu tendensiya iqtisadi yavaşlamaya dair narahatlıqları artırır və bunun hava nəqliyyatı tələbatına təsiri ola bilər: "Beləliklə, hörmətli iştirakçılar, sənayemiz üçün perspektivlər hələ də qeyri-müəyyəndir. Ümid edirik ki, bazarda bəzi düzəlişlər baş verəcək. Amma ümumilikdə, qarşıdakı çətinliklərə hazır olmaq və əməkdaşlığı davam etdirmək daha vacibdir”.