İdarə Heyətinin sədri: Kibertəhdidlərin böyük hissəsi sahibkarlıq subyektlərinə yönəlib

İdarə Heyətinin sədri: Kibertəhdidlərin böyük hissəsi sahibkarlıq subyektlərinə yönəlib
# 04 mart 2024 15:22 (UTC +04:00)

Azərbaycanda kibertəhdidlər daha çox mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəlib. Buna görə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kibertəhlükəsizliyinə xüsusi diqqət ayrılmalıdır.

Bunu “APA-Economics”ə açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov deyib.

O bildirib ki, kibertəhlükəsizliyin təmin olunmasında ən mühüm komponent insan faktorudur: “Bunun üçün vətəndaşlar arasında maarifləndirməni genişləndirmək lazımdır. Bir sıra hallarda onlara bankların adından müxtəlif fişinq hücumları olur və fərdi məlumatlar ələ keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR